Bakıda velosiped oğrusu saxlanıldı

Bakıda velosiped oğrusu saxlanıldı
  14 Dekabr 2019    Oxunub:1856
Dekabrın 13-nə keçən gecə Yasamal rayonu ərazisində anbardan oğurluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzinə müraciət daxil olub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal Yasamal RPİ 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, Cəbrayıl rayon sakini T.Bayramova məxsus anbardan 4 ədəd velosipedin oğurlandığı müəyyən edilib.

“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Kazımov saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az




Teqlər: Oğurluq   Velosiped   Bakı  





Xəbər lenti