Hesablama Palatasının iş planının layihəsi təsdiqlənib
Bundan əlavə, iclasda Hesablama Palatasının 2019-cu il üçün iş planında fəaliyyət istiqamətləri üzrə növbəti ildə dövlət büdcəsinin icrasının təhlili ilə bağlı yarımillik və illik məlumat və hesabatın hazırlanması, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının layihələrinə və icrasına rəylərin hazırlanması, eləcə də palatanın fəaliyyətinin təşkili üzrə normativ-metodiki, maddi-texniki, informasiya təminatı və beynəlxalq fəaliyyəti üzrə nəzərdə tutulan tədbirlər üzrə də geniş məlumat verilib.
Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılan vəsaitlərin istifadəsinə, “Dünya Bankından dövlət zəmanəti ilə kredit cəlb edilməklə həyata keçirilən “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi layihəsi” üçün əlavə maliyyələşdirmə üzrə vəsaitlərin istifadəsinə, Bakı Slavyan Universitetinin tədris fəaliyyətinin səmərəlilik auditinin nəticələrinə, Xarici İşlər Nazirliyinin 2018-ci il üçün illik maliyyə hesabatlarına dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub.
Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə auditor hesabatları barədə müvafiq qərarlar qəbul edilib. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.
Azvision.az
Teqlər: Hesablama-Palatası