15 mütəşəkkil cinayətkar dəstə zərərsiz­ləşdirilib

  13 Dekabr 2019    Oxunub : 962
 15 mütəşəkkil cinayətkar dəstə zərərsiz­ləşdirilib
Qanunsuz miq­rasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 mütəşəkkil cinayətkar dəstə zərərsiz­ləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Qeyd olunub ki, sərhəd xəttində xüsusi işarəverici texniki komplekslərin, texniki müşahidə məntəqələrinin və videomüşahidə kameralarının quraşdırılması nəticəsində dövlət sərhədinin pozulmasının qarşısının texniki yolla alınması sahəsində önəmli nəticələr əldə olunub.

Azvision.az


Teqlər: DSX   Hesabat