Nazir vətəndaşların müraciətini dinlədi

Nazir vətəndaşların müraciətini dinlədi
  13 Dekabr 2019    Oxunub:2094
Gənclər və İdman naziri Azad Rəhimov Biləsuvarda rayon vətəndaşlarını qəbul edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, qəbulda 10-dan çox vətəndaş iştirak edib.

Müraciətlər sırasında “Gənclər evi”nin müvafiq avadanlıqlarla təmin edilməsi, idman qurğularına idman avadanlığının verilməsi, yerlərdə təlim-məşq toplantısının keçirilməsi, iş ilə təmin olunma, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi yer alıb. Onların bir qismi yerindəcə həll edilib, Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Bir qisim müraciət isə baxılması üçün icraya yönəldilib.

Azvision.az


Teqlər: Gənclər   İdman   Nazir  





Xəbər lenti