“Kapital Bank”dan yeni xidmətlər
Kiçik və orta sahibkarların banka gəlmədən, məsafədən bank xidmətlərindən istifadə etməsi, bank hesabları üzrə məlumatların əməliyyatlar baş verən anda əldə etməsinə imkan verən həll üsulu kimi “Kapital Bank”ın təqdim etdiyi yeniliklərdən biri sahibkarlar üçün yeni SMS-İnfo xidmətidir. Artıq kiçik və orta sahibkarlıqla məşğul olan müştərilər SMS-info xidmətinin təqdim etdiyi üstünlüklərdən yararlanmaqla balans, hesab, POS-terminalla yerinə yetirilən əməliyyatların hesaba mədaxil olması zamanı və digər daxilolmalar üzrə məlumatı SMS şəklində dərhal ala biləcəklər. Məlumat üçün qeyd edək ki, xidmət sahibkarlara tam olaraq pulsuz təklif olunur.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az ” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Azvision.az
Teqlər: Bank