Məişət zorakılığı qurbanlarına daha keyfiyyətli hüquqi yardım ediləcək

Məişət zorakılığı qurbanlarına daha keyfiyyətli hüquqi yardım ediləcək
  13 Dekabr 2019    Oxunub:2001
"Məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın təşkilinə dair üçtərəfli anlaşma memorandumu imzalandıqdan sonra Vəkillər Kollegiyası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT ilə birgə bir sıra silsilə tədbirlərin görülməsi nəzərdə tutulur".
Azvision.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının Rəyasət heyətinin sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, bunlar vəkillərin biliklərinin artırılması, vəkillərin məişət zorakılığı qurbanlarına hüquqi yardımın göstərilməsi üzrə xüsusi təlimlərin, treyninqlərin keçirilməsindən ibarətdir.

"Hesab edirəm ki, Vəkillər Kollegiyası olaraq bu məsələ ilə bağlı vəkillər arasında seçim keçirəcəyik. Vəkillər könüllülük əsasında bu layihəyə qoşulacaqlar və beləliklə bu sahədə ixtisaslaşmış vəkillərlə fəaliyyət aparacaqlar. Beləliklə, respublikada məişət zorakılığından zərərçəkmiş şəxslərə daha da keyfiyyətli hüquqi yardım ediləcək.
Bu sahə çox spesifik sahədir. Burada vəkillər haradasa psixoloq da olmalıdırlar, çünki qurbanların, zərərçəkmiş şəxslərin hisslərini daha yaxından bilməlidirlər, duymalıdırlar. Hesab edirim ki, vəkillər bu sahədə daha da dərin biliklərə nail olmalıdırlar. Bizim vəkillərimiz bu günə qədər bu sahədə olan problemlər üzrə lazımi olan hüquqi yardımı göstəriblər. Əminəm ki, 3 qurumun birgə əməkdaşlıq nəticəsində bu işi keyfiyyətcə daha da yaxşı səviyyəyə qaldıra biləcəyik".

Aytən Zəhra
Azvision.az


Teqlər: Vəkil   Hüquq   Yardım  





Xəbər lenti