“Vəkillərə bir saatlıq fəaliyyətinə görə 6 manat ödənilir” - Anar Bağırov

“Vəkillərə bir saatlıq fəaliyyətinə görə 6 manat ödənilir” - Anar Bağırov
  13 Dekabr 2019    Oxunub:3056
"Hesab edirəm ki, vəkilə dövlət hesabına bir saata görə ödənilən məbləğ vergilərdən azad olunsa, yaxşı olar".

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının Rəyasət heyətinin sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, hazırda vəkillərə bir saatlıq fəaliyyətinə görə 6 manat ödənilir.
"Hesab edirəm ki, digər region ölkələri ilə müqayisədə bu, normal məbləğdir. Əgər vəkil 8 saat ərzində dövlət hesabına hüquqi yardım göstərərsə, gün ərzində 48 manat edir. Lakin orada bir məqam var. Bu məbləğə ƏDV və digər vergilər də daxildir. Fikrimcə, dövlət hesabına olduqda, ödəniş vergilərə cəlb olunmasa, daha yaxşı olar. Nəzərə almaq lazımdır ki, bu güzəştli məbləğdir. Gələcəkdə məsələ müzakirə predmeti ola bilər".

Aytən Zəhra
Azvision.az



Teqlər: Vəkil   Ödəniş  





Xəbər lenti