Nöqsana yol verən 1 nəfər işdən çıxarıldı, 7-nə töhmət verildi - Nazirlik
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Bakı şəhəri, Şamaxı, Cəlilabad, İsmayıllı, Sabirabad, İmişli, Kəlbəcər, Qobustan, Lənkəran və Biləsuvar rayon məktəblərindən daxil olan bu müraciətlər əsasən şagirdlər arasında qısnama halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır.
Fəaliyyətində nöqsanlara yol verən 1 məsul şəxs işdən azad edilib, 7 nəfərə töhmət verilib, 3 müraciətə dair toplanan materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təqdim olunub.
Azvision.az
Teqlər: Təhsil