ABŞ səfirinin seçki gözləntisi: “Ümid edirəm ki, yeni simalar olacaq”

  ABŞ səfirinin seçki gözləntisi:   “Ümid edirəm ki, yeni simalar olacaq”
  13 Dekabr 2019    Oxunub:3372
"Azərbaycanda qarşıdan gələn parlament seçkilərində yeni simalarla qarşılaşacağımıza dair gözlənti var. Ümid edirəm ki, seçilənlər arasında yeni qadın simalarla tanış olacağıq və onların arasında sahibkarlar da olacaq".
Azvision.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer deyib.

Diplomat Azərbaycan hökumətinin ATƏT-in Parlament Assambleyasının və ATƏT-in Demokrat Təsisatlar və İnsan Hüquqları Bürosunun üzvlərinə seçkiləri müşahidə etmək üçün dəvətini xoş qarşıladığını və bu addımı alqışladığını bildirib.

"Azad və ədalətli seçkilər bu ölkəni irəli apara bilər. Ona görə hökümətdən gözləntimiz həm beynəlxalq, həm də yerli müşahidəçilərə tam şəraitin yaradılması və onların dəstəklənməsidir".

Aytən Zəhra
Azvision.az


Teqlər: ABŞ   Səfir   Seçki   Diplomat  





Xəbər lenti