“Mümkün deyil ki, qadın nəyisə bacarmasın” - Komitə rəsmisi
Komitə rəsmisi bildirib ki, regionlarda yaradılan qadın resurs mərkəzləri sosial cəhətdən zəif olan, boşanan və məişət zorakılığına məruz qalan qadınları iqtisadi maarifləndirməklə məşğul olur, onlara biznes bacarıqlarını öyrədir.
"Sonra onlara şans veririk ki, öz biznes planlarını yazıb fəaliyyətə başlasınlar. Hər bir qadının daxilində bacarıq var. Mümkün deyil ki, qadın nəyisə bacarmasın. 9 rayonda mövcud olan qadın resurs mərkəzlərinin fəaliyyəti nəticəsində artıq 200-dən artıq qadın öz biznesinə başlayıb. Bu gün Azərbaycanda qadınların öz bizneslərinə başlamaq üçün imkanlar var. İnsanlara sadəcə bunu göstərmək lazımdır".
Aytən Zəhra
Azvision.az
Teqlər: Komitə