Göygöldə bir qrup abonent qazsız qaldı

  12 Dekabr 2019    Oxunub : 1199
Göygöldə bir qrup abonent qazsız qaldı
Göygöldə bir qrup abonentin təbii qaz təminatında fasilə yaranıb.
Azvision.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Göygöl şəhəri və bir neçə kəndi təbii qazla təchiz edən diametri 530 millimetr olan orta təzyiqli qaz xətti qaynaq yerindən qırılıb. Buna görə də, günorta saatlarından bir qrup abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb. Hazırda təmir işlərinə başlanılıb və yaxın saatlarda bərpa prosesi başa çatdırılacaq.



Azvision.az

Teqlər: Azəriqaz   Göygöl