Məktəblərdə 800 psixoloqa ehtiyac var

  12 Dekabr 2019    Oxunub : 1195
Məktəblərdə 800 psixoloqa ehtiyac var
"Diaqnostik qiymətləndirmədən sonra psixoloqların əmək haqqının artımı məsələsi müzakirə olunan vacib məsələlərdən olacaq".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. Onun sözlərinə görə, orta məktəblərdə psixoloqların diaqnostik qiymətləndirilməsi dekabrın sonuna qədər keçiriləcək:

"Diaqnostik qiymətləndirmədə, təxminən, 3 minə yaxın psixoloqun istirakını arzu edərdik. Amma qeydiyyat bitmək üzrədir. Qeyd edim ki, bizim artıq ölkə üzrə 800 nəfər əlavə vakansiyaya ehtiyacımız var. Ümumi sistemdə 2 mindən artıq psixoloq fəaliyyət göstərir və hazırki diaqnostik qiymətləndirmə psixoloqların peşəkar səviyyəsini, eyni zamanda sahə üzrə ixtisas biliklərini müəyyənləşdirmək məqsədilə keçirilir".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Nazirmüavini   Təhsil