Böyük Britaniyada parlament seçkiləri keçirilir
Səs çoxluğu qazanan partiya hökuməti formalaşdırmaq və Krallıqla Avropa İttifaqı arasında münasibətlərin hansı ssenari üzrə inkişaf edəcəyini müəyyən etmək hüququ əldə edəcək.
“YouGov” sosioloji şirkəti tərəfindən aparılan son ictimai rəy sorğusuna görə, hakim Mühafizəkarlar Partiyasının iqtidarda qalmaq şansı yüksək qiymətləndirilir.
Qeyd olunub ki, Baş nazir Boris Consonun rəhbərlik etdiyi mühafizəkarlar İcmalar Palatasındakı 339 yerə arxalana bilər.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: BöyükBritaniya Seçki