Bakıda yanğın olub, 70 nəfər təxliyə edilib

  12 Dekabr 2019    Oxunub : 969
 Bakıda yanğın olub, 70 nəfər təxliyə edilib
Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub.
Azvision.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 95 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 10 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 70 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın