Siyavuş Novruzov siyasi partiyaları “biabır” etdi

Siyavuş Novruzov siyasi partiyaları “biabır” etdi
  17 Dekabr 2013    Oxunub:1122
“Sizin fəaliyyətiniz şəffafdırsa onda, nədən qorxursunuz. Ömrü boyu şəffaflıqdan danışır, amma şəffaflıq məsələsi gələndə hay-küy salınır ki, QHT-lər sıxışdırılır. Burda məqsəd odur ki, xarici mənbələrdən pul alıb, ölkə əleyhinə fəaliyyət göstərən QHT-lərin qarşısını alsınlar”.

AzVision.az- xəbər verir ki bu sözləri millət vəkili Siyavuş Novruzov “Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında “ qanuna edilən dəyişikliklərlə bağlı müzakirələrdə çıxış edərkən deyib.

O qeyd edib ki, Azərbaycanda bir sıra partiyalar var ki, QHT-lər vasitəsi ilə beynəlxalq təkilatlardan maliyyə alıb hökumət əleyhinə fəaliyyət göstərirlər.

“Onlar vergi sənədlərində sıfır göstərirlər. Amma rəngləri günü-gündən açılır, çəkiləri çoxalır, cangüdənlər və 30-40 işçi saxlayırlar. Amma fəaliyyətlərini və gəlirlərini göstərmirlər, bəs bunlar nə ilə yaşayırlar? Qərargah məsələsinə gəldikdə isə burda söhbət yeni yaradılan siyasi partiyalardan gedir. İkinci bir tərəfdən dövlət heç bir təşkilat qarşısında öhdəlik götürməyib ki, ona qərargah verəcək. Get, yer götür icarə haqqı ödə, fəaliyyət göstər. Hələ bir dövlətin siyasətinə qarşı mübarizə apar, hökumət də sənə qəraragahla təmin etsin?! Kim istəyir qanun çərçivəsində fəaliyyət göstərmək buyursun, kim istəmir o da qanun qarşısında cavab verməlidir. Bir iğtişaş baş verir, QHT nümayəndəsi ordadır, sənin orda nə işin var? Misal üçün REAL hərəkatının nümayəndəsi, sənin orda nə işin var? Kənardan izlə bax gör nə olacaq. İndi məhkəmə o işə baxır və müəyyənləşdirəcək ki, onun orda nə işi var idi”.

Siyavuş Novruzov dini təşkilatlarının fəaliyyətinin məhdudlaşdırlmasının da tərəfdarı olduğunu deyib. Birinci vitse-spiker Ziyafət Əsgərov hər iki qanuna edilən dəyişikliklərin hər hansı başqa bir niyyətə xidmət etmədiyini deyib. “Burda məqsəd şəffaflıq, şəffaflıq, yenə də şəffaflıqdır”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti