MSK 3 partiyanın nümayəndələrini qeydə aldı

MSK 3 partiyanın nümayəndələrini qeydə aldı
  11 Dekabr 2019    Oxunub:2058
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında növbədənkənar parlament seçkilərində iştirak üçün bir neçə siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alınmasına dair müraciətə baxılıb.
Azvision.az xəbər verir ki, iclasda Yeni Azərbaycan Partiyasının (YAP), Ümid Partiyasının və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Partiya  





Xəbər lenti