“EuroHome”dakı yanğının ilkin səbəbi məlum oldu

  11 Dekabr 2019    Oxunub : 15215
 “EuroHome”dakı yanğının ilkin səbəbi məlum oldu
Ötən gün Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının ilkin səbəbləri müəyyənləşib.

Bunu Azvision.az -a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib.
Onun sözlərinə görə, yanğın həmin ərazidə yerləşən kafel-metlax satışı mağazasının elektrik kabellərində başlayıb. Yanğına qısa qapanmanın səbəb olduğu bildirilir.

Qeyd edək ki, "EuroHome” tikinti materialları bazarının 5 hektar ərazisinin təxminən 2 hektarı yanıb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Yanğın   Eurohome