Axtarışda olan 35 nəfər tutuldu

  11 Dekabr 2019    Oxunub : 1071
 Axtarışda olan 35 nəfər tutuldu
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 27 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

Azvision.az

Teqlər: DİN   Cinayət