Deputatların maaşı rəsmən artırıldı - QƏRAR

Deputatların maaşı rəsmən artırıldı - QƏRAR
  17 Dekabr 2013    Oxunub:1040
Parlamentin bugünkü iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanun layihəsinə dəyişikliklər edilməsi müzakirə olunub.

AzVision.az-ın məlumatına görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə barədə məlumat verərək bildirib ki, məsələ ilə bağlı mətbuatda gedən informasiyalar həqiqətə uyğun deyil:

“Onu qeyd etmək lazımdır ki, millət vəkillərinin maaşlarının 14 faizi gəlir xərcləri, 3 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, 2 faizi isə Həmkarlar İttifaqına verilir. Beləliklə, millət vəkillərinin maaşlarının 19 faizi vergilərə çıxılır. Bununla da onların yerdə qalan maaşı 1822 manat təşkil edəcək” – deyə, komitə sədri məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Spiker, komitə sədrləri və millət vəkillərinin maaşları 1950 manat deyil, 2250 manat civarında olacaq.

Qeyd edək ki, qanun layihəsi cari ilin dekabrın 1-dən qüvvəyə minib. Müzakirələrin sonunda qanun layihəsi qəbul edilib.

Sevinc Iltifatqızı


Teqlər:  





Xəbər lenti