“Prezident İlham Əliyev xalqın sevgisini qazanıb” - Ramiz Mehdiyev

  “Prezident İlham Əliyev xalqın sevgisini qazanıb” -    Ramiz Mehdiyev
  11 Dekabr 2019    Oxunub:8647
Gələcək nəsillər müasir Azərbaycanın inkişaf tarixini öyrənərkən XXI əsrdə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və inkişafında, milli ideyanın reallaşdırılması üçün Azərbaycan millətinin sıx birləşməsində mühüm rol oynamış İlham Əliyevin tarixi rolunu qeyd edəcəklər.
Azvision.az xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin "Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider" adlı məqaləsində qeyd olunub.

Bildirilib ki, Prezident İlham Əliyev hakimiyyətdə olduğu illər ərzində Azərbaycan xalqının sevgisini və dərin hörmətini qazanıb. Prezident ilə xalqın bu qarşılıqlı hissləri İlham Əliyevə qüvvət və əminlik verir ki, onun ölkəni apardığı yol, sadəcə yol deyil, doğru yoldur. Məhz bu yol Azərbaycan xalqını daha yaxşı gələcəyə çatdıracaq.

"Prezident İlham Əliyev siyasi lider olmaqla özünü müstəsna səriştəli dövlət xadimi kimi göstərir, təkcə ölkə əhalisinin mütləq əksəriyyətinin deyil, həm də dünyada 155 dövlətin başçılarının nəzərində şəksiz yüksək nüfuz və dəstək qazanıb. O, ölkə Prezidenti üçün çox zəruri olan, milli dəyərlərə müvafiq yüksək keyfiyyətlərə malikdir", - R.Mehdiyev məqaləsində yazıb.

Sözügedən məqalənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz.

Azvision.az



Teqlər: Ramiz-Mehdiyev   Məqalə   AMEA  





Xəbər lenti