Dövlət Komitəsində vətəndaşların növbəti görüşü

Dövlət Komitəsində vətəndaşların növbəti görüşü
  10 Dekabr 2019    Oxunub:2473
Dekabrın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti görüşü keçirilib.
Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, sədr Rövşən Rzayev əksəriyyəti məcburi köçkün olan 40-dan çox vətəndaşla növbəlilik prinsipi əsasında fərdi qaydada görüşüb, onların müraciətlərini dinləyib. Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq və digər məsələlərlə əlaqədar olub.

Onlara bildirilib ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülür və proses mərhələli şəkildə həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyeva ən ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə birinci növbədə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasını nəzarətdə saxlayır. Görüşdə olan vətəndaşlara bildirilib ki, onların qaldırdıqları məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə öz həllini tapacaq.

Qeyd edək ki, Dövlət Komitəsinin sədri tərəfindən vətəndaşlarla görüş hər həftənin çərşənbə axşamı günü keçirilir.

Azvision.az


Teqlər: RövşənRzayev  





Xəbər lenti