Daha bir rayonda icbari tibbi sığorta tətbiq ediləcək - Sərəncam

  10 Dekabr 2019    Oxunub : 4480
 Daha bir rayonda icbari tibbi sığorta tətbiq ediləcək - Sərəncam
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncamla Ordubad rayonunda icbari tibbi sığorta tətbiq edilib.

Ordubad Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib. İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar xəstəxananın işçilərinin aylıq vəzifə maaşları 2019-cu il dekabrın 1-dən 50 faiz artırılıb.

Azvision.az

Teqlər: Naxçıvan   Ordubad