“BakuBus”da tapılan əşyalar sahiblərinə qaytarıldı

“BakuBus”da tapılan əşyalar sahiblərinə qaytarıldı
  10 Dekabr 2019    Oxunub:2460
“BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 7 çanta, 5 pulqabı, 2 mobil telefon, 1 şəxsiyyət vəsiqəsi, pasport, açar və pencək noyabrda sahiblərinə təhvil verilib.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a bildirilib ki, eyni zamanda, noyabrda avtobuslarda tapılan 2 şəxsiyyət vəsiqəsi və tələbə bileti, 1 hərbi bilet sahiblərinə çatdırılması üçün “Poçtap” xidmətinə təqdim olunub.

Həmçinin 9 açar və çətir, 3 pulqabı, 4 müxtəlif kart, 3 çanta, 2 mobil telefon, 1 məxsus şəxsiyyət vəsiqəsi, 1 qovluq, diplom, qol saatı, 1 elektron siqaret, açarqabı, telefonqabı və eynək Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib.

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus” MMC-dən təhvil ala bilərlər.

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları(itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olması barədə “www.alo141.az” saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir.

“BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.

Azvision.az


Teqlər: Bakubus  





Xəbər lenti