Deputat “Sahil” bağının adının dəyişməsini istəyir

Deputat “Sahil” bağının adının dəyişməsini istəyir
  17 Dekabr 2013    Oxunub:947
Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Qüdrət Həsənquliyev “Sahil” bağının adının dəyişdirilməsini təklif edib.
AzVision.az-ın verdiyi məlumata görə, deputat, Rəsulzadənin 135 illik yubileyi ərəfəsində `Sahil` bağının adının dəyişdirilməsinin doğru addım olacağını söyləyib:

“Prezident İlham Əliyevin Rəsulzadənin 135 illik yubileyinin keçirilməsi ilə bağlı verdiyi qərardan sonra “Sahil” bağının adının dəyişdirilməsi təklif olunur. Son vaxtlar bəzi şəxslər qeyd edirlər ki, əvvəlki “26-lar bağı” indiki “Sahil” bağının adı dəyişdirilsin və “Cümhuriyyət” bağı adlansın. Mən də bunu dəstəkləyirəm və parlamentdə qaldırıram ki, buna baxsınlar. Bu, çox doğru addım olar”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti