“Könüllülük hərəkatına vaxtilə müəllimlər də qatılıb” - Təhsil naziri

“Könüllülük hərəkatına vaxtilə müəllimlər də qatılıb” -  Təhsil naziri
  10 Dekabr 2019    Oxunub:2708
Azərbaycanı gənclər ölkəsi adlandıra bilərik. Ölkə əhalisinin təxminən 50 faizi yaşı 30-dək olan şəxslərdir.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Azərbaycan tələbə-könüllülərinin Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, könüllülük hərəkatı gənclərin perspektivi üçün yol açır: "Könüllülük hərəkatına vaxtilə müəllimlər də qatılıb. Onlar savadsızlığın ləğvi üçün kütləvi şəkildə iş aparıblar".

C.Bayramov əlavə edib ki, hazırda dünyada 1 milyona yaxın insan könüllülük hərəkatına qoşulub: "Dünyada hər 7 nəfərdən biri könülllüdür. Azərbaycanda da könüllülük son illərdə geniş vüsət alıb. Azərbaycanın 11 regionundakı ali və orta ixtisas məktəblərində 23 mindən artıq könüllü var. Hər bir gənc üçün bu, həyat kredosuna çevrilməlidir. Müasir dünyada peşələrin və ixtisasların çox tez dəyişdiyi, süni intellektin, innovasiyaların həyatımıza siraət etdiyi bir dövrdə maraqlarımıza uyğun peşələrin seçilməsi, həmin peşələr üzrə yüksək ixtisaslı mütəxəssis olmaq, beynəlxalq səviyyədə rəqabət qabiliyyətli olmaq kimi vacib vəzifələri özünüz üçün müəyyən etməlisiniz. Bunlar sizin üçün əsas prioritetlər olmalıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Ceyhun-Bayramov  





Xəbər lenti