Oqtay Əsədov deputatları təbrik etdi

Oqtay Əsədov deputatları təbrik etdi
  17 Dekabr 2013    Oxunub:1063
Parlamentin bugünkü iclasını açıq elan edən spiker Oqtay Əsədov millət vəkilllərini “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması münasibəti ilə təbrik edib.
AzVision.az-ın məlumatına görə, spiker çıxışında bildirib ki, bu layihə Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təntənəsidir.
Onun sözlərinə görə, bu layihənin reallaşması Prezident İlham Əliyevin gərgin və strateji siyasətin nəticəsidir:

“Layihə həqiqətəndə XXI əsrin ən önəmlin işlərindən biridir. Bu münasibətlə hər kəsi təbrik edirəm. “Şahdəniz” layihəsi xalqımızın rifahına öz müsbət təsiri göstərəcək”.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti