Azercell ilə Nəsimi irsindən zövq al

Azercell ilə Nəsimi irsindən zövq al
  10 Dekabr 2019    Oxunub:2099
Fəaliyyəti boyu Azərbaycanın mədəni irsinin qorunub saxlanmasına yönəlik təşəbbüs və layihələrə xüsusi önəm verən Azercell Telekom bu ilin əsas mədəniyyət hadisəsinə də öz rəqəmsal töhfəsini qatır.
Bildiyimiz kimi, ən görkəmli şairlərimizdən biri olan İmadəddin Nəsiminin 650 illik yubileyi şərəfinə Azərbaycan Respublikası Prezidentinin rəsmi sərəncamına əsasən 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Dahi Nəsimini xarici oxuculara da daha yaxından tanıtmaq, onun yaradıcılığını müasir mütaliə vasitələri ilə təbliğ etmək məqsədi ilə şairin qəzəlləri üç dildə səsləndirilərək “Bookmate” proqramının “Audiobook” (“Audio Kitab”) bölümünə yüklənilib. Artıq Azercell-in təqdim etdiyi “Bookmate” mobil tətbiqindən istifadə edən hər kəs dil daşıyıcıları tərəfindən səsləndirililən Nəsimi irsindən zövq ala bilər. Qey edək ki, şairin irsindən münunələr Teymur Nəcəfzadənin rəhbərlik etdiyi “Kolorit” yaradıcılıq emalatxanasının dəstəyi ilə yazıya alınaraq mobil əlavəyə yüklənib.

Azercell Telekom yeni audio-toplunun ərsəyə gəlməsi münasibətilə ”Bakı Kitab Mərkəzin”-də xalq yazıçı Anarın, əməkdar artist Sevda Ələkbərzadə kimi görkəmli incəsənət xadimlərinin, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın, Rusiyanın səfiri M.N. Boçarnikovun, Hollandiyanın səfiri Onno Kerversin, Moldovanın səfiri George Leuka kimi ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus rəhbərlərinin, eləcə də, nüfuzlu biznes strukturlarının iştirakı ilə “İki cahan” adlı xüsusi tədbir də təşkil edib. Tədbirdə Nəsiminin qəzəlləri müxtəlif dillərdə səsləndirilib, “Sığmazam” şeiri üzərinə hazırlanmış pantomima və şairin yaradıcılığına həsr olunmuş "İki cahan" videosu nümayiş etdirilib.

Məlumat üçün bildirək ki, Azercell-in güzəştli qiymətlə təqdim etdiyi “Bookmate” mobil kitabxanası minlərlə kitabı elektron cihaz üzərindən oxumaq imkanı yaradır. “Bookmate” mobil kitabxanasına aylıq cəmi 3,50 AZN ödəməklə, oxucular yalnız xarici ədəbiyyatla deyil, azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilirlər. Xidmət haqqında ətraflı məlumat və qoşulma qaydalarını www.azercell.com/bookmate səhifəsindən əldə etmək mümkündür.

Qeyd edək ki, Azercell gələcəkdə də davamlı şəkildə həm Azərbaycan, həm də dünyanın ədəbiyyat və incəsənət nümunələrini əlçatan etmək istiqamətində yeni rəqəmsal həllər təqdim edəcək.



Teqlər:





Xəbər lenti