İordaniya Kralı Azərbaycana gəlib

 İordaniya Kralı Azərbaycana gəlib
  10 Dekabr 2019    Oxunub:5991
İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn dekabrın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Azvision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İordaniya Kralının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İordaniya Kralı II Abdullah ibn Al Hüseyni hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.



Azvision.az



Teqlər: İordaniya   Kral  





Xəbər lenti