“EuroHome”dakı yanğından FOTOREPORTAJ

“EuroHome”dakı yanğından  FOTOREPORTAJ
  10 Dekabr 2019    Oxunub:7873
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın olub. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub.

Azvision.az "EuroHome”dakı yanğından hazırladağı fotoreportajı təqdim edir:









































FOTO: Şahin Sərdarov
Azvision.az


Teqlər: Yanğın   FHN   EuroHome  





Xəbər lenti