“SMART ASAN” - Azərbaycanda daha bir unikal yenilik

 “SMART ASAN”  - Azərbaycanda daha bir unikal yenilik
  10 Dekabr 2019    Oxunub:4608
Hər bir "ASAN xidmət" mərkəzi özünün unikallığı ilə seçilir. Şamaxı “ASAN Həyat” kompleksində ilk dəfə “SMART ASAN” tətbiq olunur.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, “SMART ASAN” konsepsiyası hələki bütün ölkə üzrə tətbiq olunmayıb. Yalnız Şamaxı “ASAN Həyat” kompleksində bunun tətbiqinə başlanılıb.

"Bu, ağıllı idarəetmədir. Bütün infrastruktur, ora daxil olan komponentlər elektron idarəetmə əsasında idarə olunur", - deyə Ü.Mehdiyev vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: SMARTASAN   Şamaxı   ASANHəyat  





Xəbər lenti