“Azərbaycan Könüllülük Həftəsi” başa çatıb - FOTOLAR

“Azərbaycan Könüllülük Həftəsi” başa çatıb -  FOTOLAR
  10 Dekabr 2019    Oxunub:3948
10 dekabr 2019-cu il tarixində Bakı Konqres Mərkəzində “Azərbaycan Könüllülük Həftəsi” layihəsinin başa çatması ilə əlaqədar tədbir təşkil olunub.
Azvision.az xəbər verir ki, öncə layihə müddətində həyata keçirilmiş tədbirlərə dair videoçarx təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov 1-9 tarixini əhatə edən “Azərbaycan Könüllülük Həftəsi” layihəsi çərçivəsində həyata keçirilmiş müxtəlif sosial aksiyalar və tədbirlər barədə məlumat veriblər.

Diqqətə çatdırılıb ki, bu çərçivədə reallaşdırılan “Şəhidimiz”, “VətənimİZ”, “TəbiətimİZ”, “ Könüllülük Sərhəd Tanımır !”, Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu, 4 günlük qış düşərgəsi kimi tədbirlər, ümumilikdə 15000-dən çox könüllünü əhatə edib.

Sonra layihənin həyata keçirilməsində iştirak edən müxtəlif gənclər təşkilatlarına təşəkkürnamələr təqdim olunub.

“Azərbaycan Könüllülük Həftəsi” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılıb.










Azvision.az



Teqlər: “AzərbaycanKönüllülükHəftəsi”   ASAN-Xidmət  





Xəbər lenti