Münaqişə bölgələrində qalan uşaqlar Azərbaycana gətiriləcək

 Münaqişə bölgələrində qalan uşaqlar Azərbaycana gətiriləcək
  10 Dekabr 2019    Oxunub:3455
Münaqişə ocaqlarında yetim qalmış azərbaycanlı uşaqların gətirilməsi istiqamətində işlər davam etdirilir. Yaxın zamanlarda oradakı uşaqların bir qisminin ölkəyə gətirilməsi planlaşdırılır.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. Onun sözlərinə görə, münaqişə ocaqlarından qayıdan kişilərin 110 nəfərdən çoxu məsuliyyətə cəlb edilib:

"Hazırda proses davam edir. Münaqişə ocaqlarında iştirak edən 400-ə yaxın şəxsin Azərbaycan vətəndaşlığı ləğv olunub. Onlar artıq ölkəyə qayıda bilməzlər. Münaqişə ocaqlarında olan azərbaycanlı qadınların əksəriyyəti hadisələrdə iştirakçı olub. Onların içərisində həbs olunan və edam edilənlər var. Həmçinin həmin qadınların əksəriyyəti vətəndaşlığı məlum olmayan şəxslərlə evlənib və uşaq dünyaya gətirib. Onların da vətəndaşlığının ləğv edilməsi məsələsi gündəmdə olacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: SəyavuşHeydərov  





Xəbər lenti