“Əla və 2 qiyməti ilə oxuyan gənclər terrorçu olmur” - Deputat

“Əla və 2 qiyməti ilə oxuyan gənclər terrorçu olmur” -    Deputat
  10 Dekabr 2019    Oxunub:3291
"Bu gün beynəlxalq hüquq işləmir. Təəssüf ki, hüquq gücün qarşısında geri çəkilir, çünki balans pozulub''.
Azvision.az xəbər verir ki, bunu millət vəkili Elman Nəsirov ''Zorakı Ekstremizm ilə mübarizə: Birgə tərəfdaşlıqla dayanıqlılığın gücləndirilməsi'' adlı Beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu proseslərin fonunda ekstremistlər özlərini rahat hiss edirlər: ''Bəs necə edək ki, dünyamızı bu qorxulu proseslərdən qoruyaq? Diqqət yetirmək lazımdır ki, radikalların, ekstremistlərin hədəfində gənclərdir. Onların gücündən istifadə edərək dünya üçün ciddi təhlükə yaradırlar. Araşdırmaçılar bu proseslərlə bağlı Amerikada maraqlı eksperiment aparıblar. Nəticəyə görə, əla və 2 qiyməti ilə oxuyan gənclər terrorçu olmur. Təxminən 3 qiyməti alan gənclər terrorçu olur. 5 qiyməti alanlar deyəndə, demokratik dövlətləri nəzərdə tuturlar. Çünki demokratik dövlətlərdə terrorizm üçün münbit şərait olmur. 2 alanlar deyəndə isə totalitar, avtoritar cəmiyyətlər nəzərdə tutulur. Bu cəmiyyətlərdə də radikalizm üçün şərait olmur. Radikalizm, ekstremizm azadlığın dadını bilən cəmiyyətlərdə olur''.

Millət vəkili qeyd edib ki, Azərbaycan parlamentində dini ekstremizmə qarşı mübarizə ilə bağlı qanunlar qəbul olub və dəfələrlə də düzəliş edilib: "Hesab edirəm ki, bunlara qarşı ən böyük töhfə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və multikulturalizmdır''.

Aytən Zəhra
Azvision.az


Teqlər: Elman-Nəsirov  





Xəbər lenti