Bu il daha 3 “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək

Bu il daha 3 “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək
  10 Dekabr 2019    Oxunub:7247
Dekabr ayının sonuna kimi daha 3 "ASAN xidmət" mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulur.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl açılışı olan Şamaxı "ASAN Həyat" kompleksi sayca 16-cı "ASAN xidmət" mərkəzidir.

"2013-cü ildə ilk "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb. Artıq 6 il vaxt keçib. Ayın sonuna kimi daha 3 mərkəzin istifadəyə verilməsi nəzərdə tutulub. Bununla da "ASAN xidmət" mərkəzlərinin sayı 19 olacaq. 6 il ərzində 19 mərkəzin fəaliyyətə başlaması cənab Prezidentin göstərişinin nəticəsidir".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: ASANxidmət   Ülvimehdiyev  





Xəbər lenti