“Bəzən məhkəmə işləri təhrif olunmuş formada verilir” - Aynur Sabitova

“Bəzən məhkəmə işləri təhrif olunmuş formada verilir” -    Aynur Sabitova
  10 Dekabr 2019    Oxunub:8242
Məhkəmələrdə KİV-lərlə işləyən hakimlər və məhkəmə prosesinin işıqlandırılması ilə bağlı KİV-lər üçün təlimat hazırlana bilər.
Azvision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurasının təşkilatçılığı ilə 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda keçirilən tədbirdə deyib.

KİV-lərdə kiçik uşaqlara qarşı zorakılıqla bağlı məhkəmə işləri barədə sensasion xarakterli yazıların yer almasını mənfi qiymətləndirən A. Sabitova bildirib ki, belə məhkəmə işləri barədə məlumatlar hansısa yollarla KİV-lərə ötürülür:

“Bəzən həmin məhkəmə işləri tamamilə təhrif olunmuş formada verilir. Bu, gəcələk nəsillərə mənfi təsir edir. Sensasiya, oxucu yığmaq üçün verilən bu məlumatlar yolverilməzdir. Bəlkə də məhkəmələrdə KİV-lərlə işləyən hakimlərin təyin edilməsi bu prosesin qarşısını ala bilər”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Ədliyyə  





Xəbər lenti