Bu il 39 hakim barəsində intizam icraatı başlanılıb

 Bu il 39 hakim barəsində intizam icraatı başlanılıb
  10 Dekabr 2019    Oxunub:2450
Bu il Azərbaycanda 39 hakim barəsində intizam icraatı başlanılıb.
Azvision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Təşkilat Nəzarət Baş İdarəsinin rəisi Elçin Qasımov Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı ilə “İnsan hüquqlarının qorunması media müstəvisində" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, cari il ərzində 2 hakimin səlahiyyətlərinə xitam verilib, 6 hakim isə işdən azad olunub.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Hakim   Məhkəmə  





Xəbər lenti