Yanğın zamanı 6 nəfərə yardım göstərilib - 2 nəfər tüstüdən zəhərlənib

 Yanğın zamanı 6 nəfərə yardım göstərilib -  2 nəfər tüstüdən zəhərlənib
  10 Dekabr 2019    Oxunub:2250
Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq 5 briqada cəlb olunub.
Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, saat 10:45-ə olan məlumata görə, 6 nəfərə yerində yardım göstərilib, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

Azvision.az


Teqlər: Səhiyyə   Yanğın  





Xəbər lenti