“İl ərzində məhkəmələr 270-280 min mülki işə baxır” - RƏSMİ

   “İl ərzində məhkəmələr 270-280 min mülki işə baxır” -    RƏSMİ
  10 Dekabr 2019    Oxunub:2392
“İl ərzində məhkəmələr 270-280 min mülki işə baxır. Bəzən elə il olub ki, baxılan işlərin sayı yarım milyon olub”.
Azvision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Təşkilat Nəzarət Baş İdarəsinin rəisi Elçin Qasımov Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı ilə “İnsan hüquqlarının qorunması media müstəvisində" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, baxılan mülki işlərin 85 faizindən tərəflər şikayət vermirlər: “Yalnız baxılan 16 faiz işlərdən apelyasiya şikayəti verilir. 3-4 faiz işlərdən kasassiya şikayəti verilir. Kasassiya mərhələsində bu işlərin 1 faizə qədəri barədə aşağı instansiya məhkəməsinin qərarları dəyişdirilir. Aşağı məhkəmələrin qəbul etdiyi qərarların 90 faizi dəyişmir”.

Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanının icrası istiqamətində görülən işlərdən danışan C.Hüseynov qeyd edib ki, fərman çərçivəsində 40-a qədər layihə hazırlanıb: "İxtisaslaşdırılmış məhkəmələrin yaradılması, özəl ekspertizanın yaradılması barədə qanunlar qəbul olunub. Digər qanun layihələri də hazırdır. Mülki-prosessual qanunvericiliyə dəyişikliklərlə bağlı böyük paket qanun layihəsi hazırlanıb. Eyni zamanda cəzaların humanistləşdirilməsi ilə bağlı da layihə hazırdır”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər:





Xəbər lenti