“Ölkəmizdə din pərdəsi altında gizlənən qruplar olub” - Komitə sədri

 “Ölkəmizdə din pərdəsi altında gizlənən qruplar olub” -  Komitə sədri
  10 Dekabr 2019    Oxunub:2096
"Ekstremizm bəşəriyyətin qarşısında duran həlli vacib olan məsələlərdən biridir. Ekstremizm, terrorizm nəticəsində minlərlə insan həlak olur. Dünyanın bir çox yerlərində münaqişə ocaqları var və orada ölən insanların sayı hər il artır".
Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Zorakı ekstremizm ilə mübarizə" adlı beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, ekstremizm diaqlou, barışığı inkar edir.

"Həmin qruplar cəmiyyətdə kompromisi inkar edir. Bu ekstremist qruplar müxtəlif adlar altında gizlənir. Burada xarici və daxili amilə də diqqət yetirməliyik. Bəzi yerlərdə ekstremist qrupların xarici amildən dəstəkləndiyini və hərəkət etdiklərini görürük. Bu gün dünyada baş verən müqanişələr nəticəsində 70 milyondan çox insan başqa yerlərə gedirsə, burada mədəniyyətlərin fərqliliyi ortaya çıxır və həmin qruplar arasında ziddiyyətlərə gətirib çıxarır".

M.Qurbanlı qeyd edib ki, Azərbaycan da müxtəlif ekstremist qrupların cəhd etdikləri məkanlardan biri kimi göstərilə bilər: "Ölkəmizdə din pərdəsi altında gizlənərək öz maraqlarını həyata keçirməyə çalışan qruplar olub ki, onlara qarşı vaxtında profilaktik tədbirlər görmüşük. Qanun qəbul olunub. Bu qanun din amilindən sui-istifadə edərək Azərbaycanda din adı altında ekstremist qrupların yaranmasının qarşısını almaq üçündür. Profilaktik tədbirlər ölkəmizdə xaricdən dəstəklənən, din adı altında gizlənən bu cür qrupların baş qaldırması önlənib.
Azərbaycanda bütün dinlərin fəaliyyəti üçün şərait yaradılıb. Azərbaycan müsəlman ölkəsidir, əhalisinin 96 faizi müsəlmandır. Bununla yanaşı, dini konfensiyalar harmoniya içərisində yaşayır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Komitə   Sədr   MübarizQurbanlı  





Xəbər lenti