FHN: Yaxınlıqdakı bütün yanğınsöndürənlər hadisə yerinə cəlb olunub

FHN: Yaxınlıqdakı bütün yanğınsöndürənlər hadisə yerinə cəlb olunub
  10 Dekabr 2019    Oxunub:1824
Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarındakı yanğınla bağlı 3-cü dərəcəli çağırış elan edilib.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib. Onun sözlərinə görə, yaxın ərazidə yerləşən bütün yanğınsöndürənlər hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Yanğın   FHN   Bakı  





Xəbər lenti