İran İslam Respublikasının Bakıdakı səfirliyində elektrik kabellərində tüstülənmə baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri cəlb edilib. Nəticədə, bir inzibati otaqda elektrik kabelləri və 1,5 m² sahədə taxta atmalar yanıb. Otağın, habelə inzibati binanın qalan hissəsi yanğından mühafizə olunub.