“DrinkART - bir fincan incəsənət” layihəsinə start verildi

“DrinkART - bir fincan incəsənət” layihəsinə start verildi
  09 Dekabr 2019    Oxunub:1945
“ABAD” və ADA Universitetinin təşəbbüsü, “Yaşıl ASAN” və “Arts Council”in təşkilati dəstəyi ilə “DrinkART: bir fincan incəsənət” layihəsinə start verilib.
Azvision.az xəbər verir ki, layihənin məqsədi ətraf mühitin plastik və digər növ tullantılardan qorunması ilə yanaşı incəsənəti təbliğ etməkdir.

Layihə çərçivəsində “ABAD”ın İçərişəhər etno-butiki, ADA Universiteti və “Arts Council”in ərazilərində istifadə olunmuş plastik və karton fincanlarının “Yaşıl ASAN”ın xüsusi konteynerlərində toplanması nəzərdə tutulur.

Toplanmış tullantılar üzərində könüllü rəssamlar müxtəlif tanınmış milli və beynəlxalq rəsm əsərlərini həmçinin də öz fantaziyalarını əks etdirəcəklər.

Sonda hazırlanmış fincanlar sərgilənərək simvolik qiymətlərlə auksiyonda satışa çıxarılacaq. Layihə əsasında toplanmış vəsait xeyriyyə məqsədi ilə “ASAN Məktub" çərçivəsində uşaqların arzularını reallaşdırmaqda dəstək olacaq.

Azvision.az



Teqlər: ABAD  





Xəbər lenti