Pirotexniki vasitələrin ölkəyə gətirilməsinin qarşısı alındı

Pirotexniki vasitələrin ölkəyə gətirilməsinin qarşısı alındı
  07 Dekabr 2019    Oxunub:2840
Pirotexniki vasitələrin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “Mercedes Benz 350” markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb. Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, oturacağın arxa hissəsində və yük yerində gömrük nəzarətindən gizlədilmiş üzərində “Cracker K020” yazısı olan 105 min 600 ədəd pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK   Gömrük  





Xəbər lenti