Bu gün Xətaidə su olmayacaq

  07 Dekabr 2019    Oxunub : 1271
Bu gün Xətaidə su olmayacaq
Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
“Azərsu” ASC-dən Azvision.az -a bildirilib ki, Bakı şəhəri Xətai rayonu ərazisində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar dekabrın 7-də gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət tətbiq ediləcək.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Azvision.az

Teqlər: Su