Bakıda “erməni” dilində danışanların kimliyi məlum oldu - VİDEO

  Bakıda “erməni” dilində danışanların kimliyi məlum oldu -    VİDEO
  06 Dekabr 2019    Oxunub:72159
2019-cu ilin noyabr ayının 2-də sosial şəbəkələrdə Bakının Səbail rayonu, Dənizkənarı bulvar ərazisi boyunca guya milliyətcə erməni olan şəxslərin avtomobillə hərəkət edərək erməni dilində danışmaları, qeyri-etik ifadələr işlətmələri ilə bağlı videogörüntü yayılıb.
Azvision.az xəbər verir ki, "Ermənilər Bakıda" başlığı ilə paylaşılan video geniş müzakirələrə səbəb olub.

Araşdırma nəticəsində məlum olub ki, videodakı şəxslər Gürcüstan vətəndaşı olan azərbaycanlılar Xasıyev Nizam İsa oğlu, onun oğlu və qardaşı Akif Xasıyevdir. Onlar bu ilin oktyabr ayında toy mərasimində iştirak etmək üçün Bakıya gəliblər. Sözügedən videogörüntülər həmin ərəfədə lentə alınaraq paylaşılıb.



Azvision.az



Teqlər: Video   Gürcüstan  





Xəbər lenti