Prezident zəlzələdən sonra tikilən evdə qonaq oldu - FOTOLAR

   Prezident zəlzələdən sonra tikilən evdə qonaq oldu -    FOTOLAR
  05 Dekabr 2019    Oxunub:4402
Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub.
Azvision.az xəbər verir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Prezident İlham Əliyev Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlandı. Dövlətimizin başçısı çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət etdi.

Fərdar Həsənov və anası Xuraman Həsənova göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etdilər.

















Azvision.az



Teqlər: Prezident   Şamaxı  





Xəbər lenti