Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu - FOTOLAR

   Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu -    FOTOLAR
  05 Dekabr 2019    Oxunub:3447
“Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində 3 minə yaxın gəncin iştirakı ilə Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib.
Azvision.az xəbər verir ki, forum Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılıb. Bu çərçivədə ölkədə fəaliyyət göstərən bütün könüllü hərəkatlarının və gənclər təşkilatlarının sərgisi də təşkil olunub.



Tədbir Dövlət Himninin oxunması və Azərbaycanda könüllülük hərəkatının inkişaf mərhələlərini əks etdirən videoçarxın nümayişi ilə başlanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun çıxışlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə gənclər siyasəti sahəsində, xüsusilə könüllülük hərəkatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin müstəsna əhəmiyyəti diqqətə çatdırılıb, müxtəlif dövlət qurumlarında könüllülər hərəkatının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Məlumat verilib ki, həftə çərçivəsində könüllülər tərəfindən 17 şəhər və rayonda 147 şəhid ailəsi ziyarət edilib, 7 şəhər və rayonda 19 uşaq evi, internat məktəbləri və ahıllar evində sosial işlər təşkil edilib, 10 şəhər və rayonda kütləvi ekoloji aksiyalar keçirilib. Ümumilikdə tədbirlərdə 10 mindən artıq gənc könüllü iştirak edib.



BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai BMT Baş katibinin Beynəlxalq Könüllülər Günü münasibətilə müraciətini oxuyub.

Forum könüllülər təşkilatları və hərəkatlarının təmsilçilərinin “TEDx” formatında çıxışları və il ərzində fəallıq nümayiş etdirmiş könüllülərin mükafatlandırılması, həmçinin beynəlxalq müsabiqələrdə nailiyyətlər əldə edən istedadlı gənclərin təqdimatında musiqi nömrələri ilə davam etdirilib.

Sonda rəsmi qonaqlar və könüllü təşkilatlarının təmsilçiləri birgə xatirə şəkli çəkdiriblər.

























Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: ASAN   Gənclər   Fond   Forum  





Xəbər lenti