Doktoranturaya qəbulla bağlı yenilik gözlənilir

Doktoranturaya qəbulla bağlı yenilik gözlənilir
  05 Dekabr 2019    Oxunub:1901
Hazırda doktoranturaya qəbul imtahanında ingilis dilindən imtahanların Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi ilə bağlı qaydalar müzakirə olunur.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, namizədlər üçün ingilis dilində standart imtahanlar hazırlanır.

"Birinci mərhələdə yazı işləri və dinləmə, anlama səriştələri yoxlanılacaq. Gələcəkdə danışmaq səriştəsi də yoxlanılacaq. Yəqin ki, yanvar ayında ilk imtahanları keçirəcəyik və təbii ki, bu ödənişli olacaq. Qaydalar təsdiq olunduqdan sonra bununla bağlı müvafiq proqram və texniki tapşırıqlar dərc olunacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti