DİM-dən təklif: Magistraturaya qəbulun II mərhələsi ləğv olunsun!
"Hələlik Nazirlər Kabineti və müvafiq qurumlar tərəfindən qaydalar təsdiqlənməyib. Müzakirələr aparıb, öz təkliflərimizi vermişik. Magistraturaya qəbul imtahanlarının keçirilməsi 2005-ci ildə bizə həvalə ediləndən onun bir mərhələli keçirilməsini təklif etmişdik. Lakin həmin dövrdə universitetlər ikinci mərhələnin lazım olduğunu demişdilər və ixtisaslar üzrə biliklərin yoxlanılmasını zəruri hesab etmişdilər".
M.Abbaszadə qeyd edib ki, artıq yeni təklif Təhsil Nazirliyi ilə universitetlər arasında müzakirə edilib: "Universitetlər razıdır ki, birinci mərhələdə olan nəticələr əsasında onlar magistrları qəbul edən bilərlər. Müəyyən ixtisaslar var ki, orada ikinci mərhələ qalacaq. Bu, yazı işi tələb olunan ixtisaslarla bağlıdır. Daha dəqiq texniki məlumatları yalnız qaydalar tam təsdiq olunandan sonra açıqlamaq mümkündür".
DİM sədri qeyd edib ki, dəyişikliklər magistr olmaq istəyən gənclərin xeyrinədir. Çünki imtahanlar asanlaşır.
"Ona görə də onlar üçün heç bir gözlənilməz sürpriz olmayacaq. Əgər yəni qaydalar təsdiq olunarsa, dəyişiklik 2020- ci ildən tətbiq olunacaq. Çünki magistraturaya sənəd qəbulu fevral və mart ayından başlanılır. Magistraturaya qəbul imtahanının birinci mərhələdə imtahan üçün nəzərdə tutulan ödəniş məbləğini təhlil edib, Tariff Şurasına təqdim edəcəyik. Yalnız onların qərarı əsasında hansısa dəyişiklik ola bilər. Hələlik belə bir təklif tərəfimizdən olmayıb".
Aytən Zəhra
Azvision.az
Teqlər: DİM Magistratura