Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
  04 Dekabr 2019    Oxunub:1915
Dekabrın 4-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Vəkillər Kollegiyasından Azvision.az -a verilən məlumata görə, iclasda çıxış edən sədr Anar Bağırov iştirakçılara kollegiyanın fəaliyyəti, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının gedişi barədə məlumat verib.

İclasda “Vəkillərə (müdafiəçilərə) dövlət hesabına göstərilən hüquqi yardım haqqının Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən ödənilməsi prosedurları üzrə sənədləşmə işlərinin aparılması barədə Təlimat” layihəsinin təkrar müzakirəsi keçirilib, habelə “Vəkil idman klubuna dəstək fondu”nun təsis olunması qərara alınıb.

Daha sonra Vəkillər Kollegiyası üzvlüyünə qəbul, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb. Bundan başqa, Bakı şəhəri “Arbitium” vəkil bürosunun təsis edilməsinə dair müraciətlərə baxılaraq müsbət qərar verilib. İclasda, həmçinin intizam və Vəkillər Kollegiyasının fəaliyyətinə dair məsələlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Azvision.az


Teqlər: VəkillərKollegiyası  





Xəbər lenti